AAYDA vətəndaşlara zor tətbiq edilməsi iddialarına cavab verdi - VİDEO

Ötən gün sosial şəbəkələrdə bir qrup vətəndaşın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) inzibati binasına gəldiyi, lakin içəri buraxılmadığını əks etdirən video yayılıb. Videonu yayan şəxs iddia edir ki, vətəndaşların içəri daxil olmaması üçün zor tətbiq edilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məsələyə aydınlıq gətirib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, heç bir vətəndaşa agentliyin əməkdaşları tərəfindən zor tətbiq edilməyib və edilə də bilməz:
“Bunu yayan şəxs və ya şəxslər bilərəkdən vətəndaşlara yalan və qərəzli informasiyalar verərək cəmiyyət arasında agentliyin nüfuzunu aşağı salmaq istəyir.
Bir daha qeyd edirik ki, agentliyin inzibati binasına gələn hər bir şəxsə hazırkı pandemiya şəraitində vətəndaş qəbulunun qadağan olunduğu barədə izahat verilir. Belə ki, vətəndaşlar onları narahat edən məsələlərlə bağlı 24 saat fəaliyyət göstərən “Qaynar xətti”mizə (012-599-79-75) zəng edib və ya məktubla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 2025-ci məhəllə ünvanına müraciət edib, onları narahat edən məsələləri qeyd edə bilərlər.
Lakin təəssüflər olsun, bəzi vətəndaşlar hazırkı şəraiti nəzərə almadan yenə də agentliyin inzibati binasının yerləşdiyi əraziyə gəlir, binaya daxil olmağa cəhd edir, buna nail olmadıqda isə bilərəkdən səs-küy yaratmağa çalışırlar.
Bir daha vətəndaşlarımızdan xahiş edirik ki, hazırkı pandemiya şəraitini nəzərə alsınlar və bu şəraitə uyğun tətbiq edilmiş qaydalara hörmətlə yanaşsınlar”.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










