ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır

ABŞ-da fəaliyyət göstərən erməni lobbisi Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin önündə böyük mitinq keçirməyə hazırlaşır.
“Report” xəbər verir ki, oktyabr ayının ikisinə planlaşdırılan mitinq üçün ABŞ-da fəaliyyət göstərən erməni radio və xəbər saytlarında, eləcə də sosial şəbəkələrdə məlumatlar paylaşılır və həmin gün bütün erməni icmasının üzvlərini aktiv olmağa səsləyirlər.
Yayılan məlumatlarda qeyd olunub ki, ABŞ-ın bir çox şəhər və ştatlarında yaşayan ermənilərin Vaşinqtona gətirilməsi üçün xüsusi nəqliyyat vasitələri təşkil olunacaq.
“Azərbaycan–Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli “Report”a açıqlamasında bildirib ki, bu aksiyada azərbaycanlılara qarşı təxribat olacağına dair dəqiq məlumatlar var:
“Bu səbəbdən ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri erməni təxribatına getməməli, səbirli olmalıdırlar. Azərbaycanlılara tövsiyə edirəm ki, ermənilərin planlaşdırdıqları aksiyalara qatılmasın, xüsusilə oktyabr ayının 2-də səfirlik binasının önünə gəlməsinlər.
Onların təxribatlarına məhəl qoyulmamalı və soyuqanlılıq nümayiş etdirməliyik. Hələ yolun başındayıq. Heç bir provokasiyaya getmək lazım deyil. Səbirlə nəticəni gözləməliyik. Aksiyalarda onların qarşısına çıxmaqla çirkin planlarının bir parçası ola bilərik. ABŞ-da erməni lobbisi nə qədər güclü olsa da, ən son Los-Ancelesdə yaşanan hadisələrdə əsl kimliklərini ortaya qoydular. ABŞ ictimaiyyəti artıq müəyyən mənada hadisələrdən məlumatlıdırlar”.
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO










