ABŞ-də benzinin qiyməti yayadək 3 dollardan aşağı düşə bilər

ABŞ-də benzinin orta qiymətinin yay aylarınadək bir qallon üçün 3 dollardan aşağı enə biləcəyi ehtimal edilir.
Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin rəhbəri Kris Rayt "NBC News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ölkədə benzinin qiymətinin yay mövsümünə qədər göstərilən həddən aşağı düşməsi ehtimalı yüksəkdir.
“Bunun doğru olma ehtimalı çox yüksəkdir”, – deyə ABŞ-nin energetika naziri bildirib.
Bununla belə, Rayt qiymətlərin mütləq enəcəyinə dair hər hansı zəmanət verməkdən imtina edib. O qeyd edib ki, prosesin vaxt çərçivəsi hələ dəqiq deyil, lakin bu, administrasiyanın qarşıya qoyduğu əsas məqsədlərdən biridir.
Hazırda ABŞ-də bir qallon (3,785 litr) benzinin orta qiyməti 3,7 dollar təşkil edir. Qeyd olunur ki, bir ay əvvəl bu göstərici təxminən 2,9 dollar səviyyəsində olub.
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












