Abxaziyadan Qarabağa könüllü döyüşçülər göndərən Avidzba həbs edilib - FOTO

Separatçı Abxaziya rejimi prezidentinin keçmiş köməkçisi, “Abxaz” ləqəbli Axra Avidzba Suxumidə həbs olunub.
Bu barədə vəkilə istinadən “Exo Qafqaza” məlumat yayıb. Martın 4-də həbs olunan Avidzba qanunsuz silah saxlamada ittiham olur. Onunla yanaşı daha 5 nəfər həbs olunub. Həyat yoldaşının dediyinə görə, “həmin şəxslər onunla Donbasda rus dünyası uğrunda vuruşan yaxın dostlarıdır”.
Elan olunan ittihama görə, o, 2 ildən 6 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Rəsmi ittihama görə, Suxumi rayonunun Qumitsa kəndindəki evlərində aparılan axtarış zamanı Avidzbanın evindən tank əleyhinə əldəqayırma qumbara, Rusiya və xarici ölkə istehsalı olan silahlar tapılıb.
Axra Avidzba Ukayna topaqlarının işğalında iştiak edib, Rusiyanın dəstəklədiyi Donetski separatçılarının səhra komandiri olub, göstərdiyi xidmətlərə görə, separatçılar ona “DNR qəhəmanı” adını verib.
Bundan başqa onun ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan separatçılara yardım etməsi ilə bağlı şübhələr də var . İddia olunur ki, o, Abxaziyadan Qarabağa döyüşmək üçün dəstələr göndərilməsini təşkil edib. Hətta o, ötən il noyabrın 7-də özünün Facebook səhifəsində paylaşım da edib.
Həmin paylaşımda Qarabağdakı separatçı rejim rəhbərinin Abxaziyadan göndərilən döyüşçüləri qarşıladığını göstərən video paylaşıb və “AMŞEN” qrupu!!! “ali baş komandan şəxsən görüşüb” deyə yazıb.
2000-ci ildə “prezident köməkçisi” təyin olan A.Avidzba yaxun qohumunun öldürülməsindən sonra, ötən ilin noyabrında vəzifəsindən istefa verib. O, həm də Abxaziyada yaşanan siyasi bohanın aktiv iştirakçılarından hesab olunur.
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO










