Adada 31 il tənha yaşayan sakini evindən çıxartmaq istəyirlər - FOTO

İtaliyanın Budelli adasında 31 ildir tək yaşayan Mauro Morandi evindən çıxarılır.
Avtosfer.az xəbər verir ki, bu barədə CNN xəbər yayıb.
Bildirilir ki, adanın mühafizəçisi olan kişinin evi qeyri-qanuni tikili hesab olunub.
81 yaşlı Morandi əvvəllər idman müəllimi olub. 1989-cu ildə onun katamaranı Budelli yaxınlığında xarab olub. Adaya çıxan kişi mənzəyərə vurulub və həmişəlik burada qalmaq qərarına gəlib.
O, adada yaşadığı müddətdə ərazini zibillərdən təmizləyib, mənzərə fotolarını sosial şəbəkədə paylaşıb, adaya tam nəzarət edib. Onun bu fəaliyyəti hər kəs tərəfindən rəğbətlə qarşılanıb.
Lakin 2016-cı ildə İtaliya hökuməti adanı La Maddelana Milli Parkının tərkibinə daxil edib. Bundan sonra Morandinin evi qeyri-qanuni tikili statusu alıb.
İndi isə binanı söküb, yerində ekoloji rəsədxana tikilməsi qərarına gəlinib. Kişi üçün bu, yeganə evdir. Bundan başqa Morandi adanın onsuz öləcəyinə inanır:
“Tək xahişim təmir işləri ərəfəsində müvəqqəti başqa yerə köçürülməyim, amma sonradan yenidən qayıdaraq uzun illər gördüyüm işi davam etməkdir. Qorxuram ki, mən getsəm, bu, Budellinin də sonu olacaq”.
“Mən bilmirəm bundan sonra harada yaşayım, bilmirəm nə edim - bura mənim həyatımdır. Mən sadəcə özümü kartla və ya şar topları ilə oynayan kimi görmürəm”, - deyə italyan kişi əlavə edib.
Artıq sosial şəbəkələrdə Morandiyə dəstək üçün böyük kampaniya başlayıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












