Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”da əməliyyat - FOTO

“Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir. Avtosfer.az xəbər verir ki, bu haqda məlumatı “Barometr TV” teleqram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib.
Musavat.com-un məlumatına görə, “Bolmart” mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur.
Araşdırmaya görə, “Bolmart” brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. “Bolmart”ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.
Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.
Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.
Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat açılıb.
Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi.
Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü “yerli brend” kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.
Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır.
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR










