ADSEA şaxtalı günlərdə abonentlərə belə xidmət göstərir - VİDEO

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış aylarında su təchizatı sistemində yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. Mövsümlə əlaqədar intensiv yağıntılar zamanı şəbəkələr vəsitəsilə həm yağış sularının, həm də tullantı sularının maneəsiz şəkildə daşınması üçün kanalizasiya kollektorlarının yuyulması, baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Eyni zamanda, kanalizasiya nasos stansiyaları təftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bundan başqa qış aylarında sayğaclar və magistral paylayıcı şəbəkələrdə donvurmalar da müşahidə edilə bilir. Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərinin əksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmiz odur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altına keçirilməlidir.
Gördüyünüz kimi örtüksüz olduğuna görə Nəsimi rayonu, Rəsul Rza küçəsindəki evin sayğacını şaxta vurub, nəticədə həm suyun sərfiyyatını ölçən cihaz, həm də su xətti yararsız hala düşüb. Nəzarət Ölçü Cihazları İdarəsinin əməkdaşları Xidmətin Operativ Qərargahı tərəfindən məlumatlandırılıb, Qərargaha isə məlumat fasiləsiz xidmət göstərən "955” Çağrı mərkəzindən daxil olub. Qərargahın mütəxəssisləri Coğrafi İnformasiya Sistemləri vasitəsilə ünvanı müəyyənləşdirəndən sonra sayğacın yenisi ilə əvəz olunması işlərinə başlanılıb. Şaxtalı günlərdə müxtəlif rayonların ərazisində bu kimi hallar qeydə alınıb, müvafiq idarəyə məlumat daxil olan kimi tənzimlənmə prosesinə başlanılıb.
Şaxtalı günlərdə su xətlərində qəzaların digər günlərə nisbətən daha çox baş vermə halları müşahidə olunur.
Səbail Sukanal İdarəsinin əməkdaşları şaxtalı hava ilə bağlı gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları su xəttində baş vermiş qəzanı aradan qaldırırlar.
Səbail rayon Su Kanal İdarəsinin rəis müavini Azad Murquzov bildirib ki, "955” Çağrı mərkəzinə və Səbail rayon Sukanal İdarəsinin zəng mərkəzinə donvurma ilə bağlı 92 sayğac partlaması faktı ilə əlaqədar müraciət daxil olub və bundan əlavə sayğac xətlərinin giriş və çıxışın üzdə qalan hissələrində 81 ədəd axıntılarla bağlı müraciət daxil olub ki, bu da tərəfimizdən operativ şəkildə aradan qaldırılır. O əlavə edib ki, müəyyən sayğaclar var ki, onlar çöl hissədə quraşdırılıb, mühafizə tədbiri kimi sayğacı ağac yonqarları və yaxud da hər hansı bir yun qalın örtükdən istifadə etməklə qorunmasında vətəndaşların bizə dəstək olmalarını xahiş edərdim.
Həmçinin istehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərində və fərdi həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisində suyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxış vintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlı qalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğacların üzərinin isti materiallardan olan örtük və quru ağac yonqarları ilə əhatə olunması tövsiyə edilir.
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO








