ADSEA xidmətlərini genişləndirib və müştəri məmnuniyyəti artırılıb - FOTOLAR

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərində və KOB evlərində vətəndaşlara 14 xidmət üzrə fəaliyyət təşkil edib.
ADSEA-dan Avtosfer.az-a bildirilib ki, mərkəzlərə 2025-ci ilin 10 ayı ərzində 163874 müraciət daxil olub. Onlardan 96079-u yerində, 34178-i araşdırıldıqdan sonra icra edilib. 26598 müraciət informasiya xarakterli olub, 6959 müraciət sahibinə sənədləri tam şəkildə təqdim etməyin vacibliyi izah edilib.
KOB evlərində göstərilən xidmətlərin əhatəsinin genişləndirilməsi məqsədilə xidmət sayı 5-dən 14-ə çatdırılıb, 11 xidmət elektronlaşdırılıb və onların mərhələli şəkildə my.gov.az portalına inteqrasiyası həyata keçirilir. Hazırda “E-gov.az” və “E-su.az” portalları üzərindən elektron müraciətlər qəbul olunmaqdadır.
İnklüziv xidmət mühiti də genişləndirilib. Məlumat kitabçaları və ərizə formaları sadələşdirilərək Brayl əlifbası ilə nəşr edilib.
Eşitmə və nitq məhdudiyyətli vətəndaşlara əlverişli xidmət mühitinin yaradılması üçün ADSEA əməkdaşları surdo təlimlərə cəlb edilib və jest dili üzrə kursları uğurla bitiriblər.
Eyni zamanda,xidmət keyfiyyətinin artırılması ilə bağlı əməkdaşlarımıza AZS ISO 10002:2022 üzrə beynəlxalq standartlara əsaslanan təlimlər keçirilib. Bundan əlavə buklet və məlumat kitabçaları hazırlanaraq xidmət məntəqələrinə paylanılıb.
“ASAN xidmət”, “ASAN kommunal” və KOB evlərində həyata keçirilən xidmətlərin məqsədi əhali və qeyri-əhali istehlakçıları üzrə göstərilən kommunal xidmətlərin əlçatanlığını təmin etmək, xidmət keyfiyyətini artırmaq və müştəri məmnuniyyətini yüksəltməkdən ibarətdir.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI














