ADY “Global Rail” tədbirində təmsil olunub - FOTO

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədrinin müşaviri Arif Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Rail” şirkətinin dəvəti ilə Əbu-Dabidə keçirilmiş nüfuzlu “Global Rail” tədbirində iştirak edib. Tədbirdə dəmir yolu sənayesinin aparıcı iştirakçıları nəqliyyatın gələcəyi və innovasiyalar barədə ətraflı müzakirələr aparıblar.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, müzakirələr zamanı xüsusilə nəqliyyatın dayanıqlı inkişafı, yük və sərnişin daşımalarının gələcəyi, dəmir yolu sənayesində layihələrin maliyyələşdirilməsi, süni intellekt və rəqəmsal həllərin dəmir yolu əməliyyatlarına inteqrasiyası kimi mövzulara toxunulub. İştirakçılar dövlətlər, özəl sektor investorları və texnologiya istehalçıları arasında əməkdaşlığın gücləndirilməsinin və qlobal dəmir yolu sektorunun davamlı inkişafını və müasirləşməsini təmin etməyin vacibliyini vurğulayıblar.
Tədbir zamanı Arif Ağayev “Etihad Rail” şirkətinin baş icraçı direktoru Şadi Malak və digər rəhbər şəxslərlə görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
Son bir il ərzində “Etihad Rail” BƏƏ-nin milli dəmir yolu şəbəkəsinin genişləndirilməsi, müasir texnologiyaların inteqrasiyası və Yaxın Şərqdə dayanıqlı dəmir yolu nəqliyyatında regional lider kimi mövqeyinin gücləndirilməsi istiqamətində böyük uğurlar əldə edib. Şirkət rəqəmsal innovasiya və səmərəli logistika sahələrinə xüsusi diqqət ayırmaqla regiondakı digər dəmir yolu operatorları üçün rol model kimi çıxış edir.
“Global Rail” tədbirində iştirak çərçivəsində Arif Ağayev, həmçinin “Etihad Rail” şirkətinin müasir dəmir yolu obyektlərini ziyarət edib və şirkətin inkişaf etmiş infrastruktur və əməliyyat yanaşmaları haqqında geniş məlumatlar əldə edib.
ADY rəsmisi həmsöhbətlərini Azərbaycan dəmir yollarının inkişafı istiqamətində görülən işlər, yükdaşımaların rəqəmsallaşdırılması, beynəlxalq dəhlizlər üzrə əməliyyatların optimallaşdırılması və digər məsələlər barədə məlumatlandırıb, həmçinin ADY-nin innovasiya və bilik mübadiləsi sahəsində əməkdaşlıqları inkişaf etdirməyə hər zaman açıq olduğunu qeyd edib.


2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI












