ADY Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə təltif edilib - VİDEO

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə" nominasiyasında mükafata layiq görülüb.
ADY-nin sağlam və təhlükəsiz iş şəraitinin təmin edilməsinə yönəlmiş davamlı fəaliyyəti, tətbiq etdiyi qabaqcıl yanaşma və həllər, yüksək komanda işi dəmiryolçuların təhlükəsiz və sağlam iş mühitində çalışmasını təmin edir.
ADY mülki müdafiə qüvvələri və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin iştirakı ilə davamlı olaraq taktiki-xüsusi təlimlər keçirir, təlimlərə ADY-nin fövqəladə hallar və yanğından mühafizə qatarları, mülki müdafiə qüvvələri və aidiyyəti struktur bölmələrinin işçi heyəti, həmçinin FHN-in, Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti və Tibbi Xidməti cəlb edilir.
Bu təlimlər ADY-nin əməyin mühafizəsi sahəsindəki davamlı öhdəliklərini göstərir. Təlimlərin əsas məqsədi fövqəladə hallar barədə xəbərdarlıq edilməsi və onların nəticələrinin aradan qaldırılması üçün idarəetmənin təşkili üzrə bacarıq və vərdişlərin təkmilləşdirilməsi olub.
ADY bu cür mütəmadi təlimlər keçirməklə həm dəmir yolu işçilərinin təhlükəsizliyini təmin edir, həm də bu sahədə yüksək standartları qoruyaraq əməyin mühafizəsinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












