Aeroport yolunda 6 maşın toqquşdu - FOTO

Bu gün axşam saatlarında aeroport şossesinin Mərdəkan ərazisindən keçən hissəsində 5-6 avtomaşının toqquşması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şahidləri avtobuş, "VAZ-2107", "Mercedes" və daha iki avtobobilin bir-biri ilə toqquşduğunu bildirib. Hadisə nəticəsində zərərçəkənlər var. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. BDYP-nin nümayəndələri hadisə yerində araşdırma aparır. İlkin məlumata görə, qəzaya qarşıda hərəkətdə olan başqa bir avtomobilin qəfildən sürəti azaltması səbəb olub. Qarşıdakı maneəni görən “VAZ-2107”nin sürücüsü də sürəti azaldıb. Lakin sürətlə hərəkət edən avtomobillə ara məsafəsini düzgün saxlamayan "Mercedes" sürücüsü idarəetməni itirib və nəticədə toqquşma baş verib. Qəza ilə əlaqədar aeroport şossesində tıxac yaranıb. Yol-patrul xidmətinin əməkdaşları hərəkəti nizamlayıblar və qəzaya uğrayan avtomobillər evakuasiya edildikdən sonra yolda avtomobillərin normal hərəkəti bərpa olunub.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












