Aeroport yolunda ağır qəza: 2 ölü, 1 yaralı - VİDEO

Heydər Əliyev adına Hava Limanından Zığ şossesi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, hadisə zamanı “Mercedes” markalı avtomaşın yolayrıcı metal çəpərə çırpılaraq deformasiyaya uğrayib. Qəza zamanI avtomaşının sürücüsü və iki sərnişin avtomaşında köməksiz vəziyyətdə qalıb. Bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə məlumat verilib. Əraziyə cəlb edilən xilasetmə qüvvələri maşında sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin Səbirə Səfərovanı sağ vəziyyətdə çıxarmağa nail olublar. Bundan sonra hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Əməliyyatı davam etdirən xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyilə maşında sıxılmış vəziyyətdə qalan digər sərnişinin, Ləman Xasiyevanın isə meyitini maşından çıxararaq polis əməkdaşlarına təhvil veriblər. Xəstəxanadan aldığımız ən son məlumata görə isə, yaralı halda gələn digər sərnişin Səbirə Səfərova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olğundan onun da həyatını xilas etmək mümkün olmayıb o, dünyasını dəyişib. Faktla bağlı Suraxani Rayn Polis İdarəində cinayət işi başlanılıb. Qəzanın baş vermə səbəblərinə istintaqın sonunda aydınlıq gətiriləcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












