Aeroportda təyyarə ilə toqquşan maşının sürücüsü sərxoş olub

"Vnukovo" aeroportunda kiçik mühərrikli “Falkon” təyyarəsi ilə toqquşan qartəmizləyən maşının sürücüsü sərxoş olub. Trend-in İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Çərşənbə axşamına keçən gecə “Vnukovo” aeroportunda şəxsi təyyarə qartəmizləyən maşınla toqquşub. Nəticədə dörd nəfər – bir sərnişin (sonradan onun “Total” neft şirkətinin rəhbəri Kristof de Marjeri olduğu bilinib), pilotlar və stüardessa həlak olub.
İK-nın Nəqliyyat şöbəsinin rəhbəri İvan Sibul bildirib: "Əsas səbəb kimi idarəetmədə səhv, aeroportun ərazisində nəqliyyatın hərəkət qaydalarının pozulması, həmçinin dispetçer xidmətinin hərəkətində səhvlər nəzərdən keçirilir. Bundan başqa, hadisəyə əlverişsiz hava şəraitinin səbəb olduğu da istisna edilmir".
Marjeri bir gün əvvəl Rusiyanın Baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş xarici investisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak edib.
63 yaşlı Marjeri "Total” şirkətinə 1974-cü ildə gəlib və 2007-ci ildə onun rəhbəri postunu tutub. O, dünya neft biznesində mühüm fiqur hesab edilirdi.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












