Ağalı kəndinə İLK KÖÇ nə zaman baş verəcək? - TƏFƏRRÜATLAR - VİDEO

Zəngilan rayonunun Ağalı kənd sakinləri yaxın günlərdə doğma yurd-yuvalarına geri dönəcəklər. Artıq bununla bağlı püşkatma mərasimi də keçirilib. İlkin olaraq kəndə 41 ailə köçürüləcək.
Avtosfer.az xəbər verir ki, XəzərXəbər püşkatmada iştirak edən və Ağalının ilk sakinlərindən olan Vəliyəddin Paşayevin ailəsində olub. Təəssüratları təqdim edirik Paşayevlər ailəsi Zəngilanın Ağalı kəndinə ilkin mərhələdə köçürüləcək 41 ailədən biridir. Püşkatma nəticəsində seçildiklərindən ailə üzvlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Onlar artıq tam bərpa olunmuş doğma kəndlərinə qayıdacaqları günü iplə çəkirlər... Hazırda Sumqayıt şəhərində məskunlaşan Vəliyəddin Paşayev doğulub boya-başa çatdığı Ağalı kəndinin yenidən qurulmasında da iştirak edib. O, kənddə aparılan tikinti-quruculuq işlərində sürücü kimi çalışıb... Ailənin xanımı Kamilə Muradova isə deyir ki, artıq qayıdış üçün bütün hazırlıqlarını tamamlayıb. Qeyd edək ki, yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq vətəndaşlarımızın ilk köçü baş tutacaq. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov xarici mətbuata verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, ilk köç Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə gerçəkləşəcək. Qurum rəsmisi qeyd edib ki, məcburi köçkünlər arasında əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu da keçirilib. Onların böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












