Ağamalının ölümü ilə bağlı yeni fakt üzə çıxdı

Xəbər verdiyimiz kimi, sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Siyasətçi ötən gecə Türkiyədə dünyasını dəyişib.
Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, 79 yaşlı Fəzail Ağamalının ölümü ictimai diqqəti yenidən onun personasına yönəldib. Mərhum siyasətçinin uzun illər rəhbərlik etdiyi Ana Vətən Partiyasının ötən il baş tutatan qalmaqallı qurultayı və bu tədbir fonunda ailədaxili münaqişənin üzə çıxması siyasətçinin ölümü ilə bağlı müzakirələrə yeni rəng qatıb. Fəzail Ağamalının partiya sədri olmaq istəyən oğlu Elçin Ağamalı ilə konfliktdə olması, hətta iddiasını reallaşdıra bilməyən övladın atasını mərhkəməyə verdiyinə dair xəbərlərin yenidən gündəmə gətirilməsi siyasi çevrələrdə mübahisə mövzusuna çevrilib.
Belə ki, Fəzail Ağamalının xəstəliyi 2024-cü ilin əvvəllərində üzə çıxıb. Ağamalı xərçəng xəstəsi olduğunu bildiyi üçün 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərə qatılmaqdan imtina edib. İddia olunur ki, hətta o, səhhətinə dair siyasi hakimiyyətdə təmsil olunan bəzi vəzifəli şəxsləri də məlumatlandırıb. Bundan sonra isə seçkidə özünün deyil, övladlarından birinin namizəd olmasına dəstək verilməsini xahiş edib. Təcrübəli siyasətçi müsbət cavab aldıqdan sonra şəxsi qərarı ilə qızının namizədliyi üzərində dayanıb. Ailədaxili münaqişə də məhz bu qərardan sonra baş verib.
Fəzail Ağamalı ötən ilin payızında həkim müayinəsindən keçəndə ona 6 ay ömrünün qaldığı bildirilib.
Qeyd edək ki, Fəzail Ağamalı 26 avqust 1947-ci ildə Ermənistanda doğulub. O, Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












