Ağdam və Tovuz istiqamətində döyüş başladı

Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. Ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar. Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur. Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmənə cavab atəşi açılır.
Artıq bir saata yaxındır ki, Tovuzun Əlibəyli kəndində də döyüş gedir. Anspress-in məlumatına görə, bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova verib. Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir. Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir. Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ














