Ağdamda 6 nəfər minaya düşüb - Ölən və yaralılar var - YENİLƏNİB - FOTO

Artıq xəbər veriyimiz kimi, Ağdamda altı nəfər minaya düşüb, iki nəfər ölüb.
Oxu.Az hadisə ilə bağlı fotoları təqdim edir:
Ağdam rayonunda minaya düşən mülki şəxslərdən daha biri ölüb.
Əldə olunan məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan biri - 1987-ci il təvəllüdlü Hüseynov Bayram Akif oğlu vəfat edib.
19:34
Ağdam rayonunda altı nəfər minaya düşüb.
Hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.
Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi, 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.
Nəticədə Razi Hüseynov ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.
Hadisə nəticəsində yeddi yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.
18:47
Ağdam rayonunda 5 nəfər minaya düşüb.
Avtosfer.az-ın xəbərinə görə, hadisə Yusifcanlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində dördü bir ailənin üzvü olmaqla beş nəfər mülki şəxs minaya düşüb.
Hazırda həmin şəxslərin adları dəqiqləşdirilir.
Faktı Ağdam Rayon İcra Hakimiyyəti xəbəri təsdiqləyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












