Ağdaşda dəhşətli qəzada ölənlərin sayı 4 oldu; ölənlərin kimliyi bilindi

Gündəm 30 May 2014 18:16 Oxunub 1592
Ağdaşda dəhşətli qəzada ölənlərin sayı 4 oldu; ölənlərin kimliyi bilindi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlər arasında 2 yaşlı qız da var

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Qazax yolunun 281-ci kilometrliyində, Ağdaş rayonu ərazisində baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə gələn FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. “Ford” markalı avtomobilin 7 nəfər sərnişini yaralı vəziyyətdə, 2 nəfər kimliyi məlum olmayan şəxs və 2012-ci il təvəllüdlü Fəridə Səxavət qızı Mehtiyevanın cəsədləri xilasedicilər çatana qədər xəstəxanaya aparılıb. Avtomobilin sürücüsü yaralı vəziyyətdə və 1 nəfər kimliyi məlum olmayan şəxsin cəsədi deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və kimliyi məlum olmayan şəxsin cəsədini  avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 

***

 

Ağdaş-Qaravəll yolunda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum olub. Yevlax Rayon Mərkəzi xəstəxanasının baş həkimi İlhamil Quliyevin ANS press-ə verdiyi məlumata görə, ölən və xəsarət alan şəxslərin əksəriyyəti qohum olub. Xəsarət alanlar bunlardır: Ağstafa rayon Qırlı kənd sakinləri: 1985-ci il təvəllüdlü Məsiyev Səxavət İlyas oğlu, 1993-ci il təvəllüdlü Məsiyev Şükanə İlyas qızı, 1978-ci il təvəllüdlü, Məsiyev Səxavət İlyas oğlu, 2013-cü il təvəllüdlü Məsiyev Xanım Səxavət qızı, 2014-cü il təvəllüdlü Məsiyev İbrahim Səxavət oğlu, Ucar rayonu Məlikballı kənd sakini 1996-cı il təvəllüdlü Nuriyev Aqil Həşim oğlu, Qazaxa rayon sakini 1968-ci il təvəllüdlü Quliyeva Zemfira İdris qızı, Ağstafa rayon sakini, 1990-cı il təvəllüdlü Əliyev Vahid Zahid oğlu. İ.Quliyevin sözlərinə görə, hazırda yaralıların vəziyyəti normalıdır.

Ağstafa rayon Qırlı kənd sakini, 2012-ci il təvəllüdlü Məsiyeva Fəridə Səxavət qızı hadisə yerindəcə dünyasını dəyişib. Ondan başqa bir qadın və bir kişi ölüb. Onların cəsədləri birbaşa morqa aparıldığına görə, adları hələlik məlum deyil. Ehtimal olunur ki, ölən kişi və qadın Məsiyeva Fəridə Səxavət qızının valideynləridir.

Xatırladaq ki, Ağdaş-Qaravəll yolundamikroavtobusla "SACHMAN" markalı yük maşını toqquşub. 3 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh