Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələnib - FOTO

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib. Mağazalarda bəzi satıcı və müştərilərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkar olunub.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.
Həmçinin, şöbənin Dövlət Yol Polisi bölməsi əməkdaşlarının ictimai nəqliyyatda keçirdikləri reydlər zamanı burada da tibbi maskadan istifadə etməyən bir neçə sürücü və sərnişinlərə rast gəlinib. Həmin şəxslər barəsində də qanunamüvafiq tədbirlər görülüb.
Namiq Musayev


Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












