Agentlik texnika sürənlərə qarşı reyd keçirdi, 4 protokol yazıldı - FOTO

Bu gün Şəki regional, Zaqatala və Qax rayonların Aqrar Xidmətlər Agentliyinin Texniki nəzarəti təşkili sektorunun əməkdaşları tərəfindən Muxax, Çobangöl və Əliabad kəndlər ərazisində növbəti reydlər keçirilib.
Reyd zamanı 23 mexaniki nəqliyyat vasitəsini isrifadə edən sürücülər saxlanılıb və təbliğat xarakterli söhbətlər aparılıb. Avtosfer.az xəbər verir ki, saxlanılan sürücülərə texniki istismar və texniki təhlükəsizlik qaydaları izah olunub.
Qaydaları pozan 2 mexanizatora inzibati qaydada protokol tərtib edilib.
Qax rayonu üzrə Şotavar Qarabaldır və Alatəmir kəndlərində keçirilmiş reyd zamanı müxtəlif markalı 7 ədəd traktor saxlanılıb.
Texnikaların qeydiyyata alınması və sürücülük vəsiqəsi ilə bağlı söhbətlər aparılıb. 2 kənd təsərrüfatı texnikası sürücüsünə qaydalara əməl etmədiyi üçün cərimə protokolu tərtib olunub. Ümumilikdə, bugünkü reyddə 15 ədəd texnika saxlanılıb. 4 ədəd cərimə protokolu tərtib olunub. Reydlər növbəti aylarda qrafik üzrə daim keçiriləcək.
Emin
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb


















