Agentliyin dəstəyi ilə yeni layihəyə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi “Ətraf mühitin və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu” adlı layihəyə start verib.
Layihə ətraf mühitin qorunması, insan sağlamlığına təsir edən amillər, hibrid və elektoromobillərin istifadəsinə təşviq və eyni zamanda vətəndaşların, yol hərəkəti iştirakçılarının yol-hərəkəti qaydaları ilə bağlı maarifləndirməsinə hesablanıb.
Layihə 3 ay müddətində 4 mərhələdə icra olunacaq. Lahiyə çərçivəsində sürücü və piyadaların ətraf mühitə ziyan vurmasının qarşısının alınması sahəsində təbliğat, avtomobillərin texniki cəhətdən saz olmasının vacibliyinin təbliği, ətraf mühitə buraxılan zərərli qazların gətirdiyi ağır nəticələrin tədqiq olunması, yol hərəkəti təhlükəsizliyinin təmin olunması məsələləri üzrə biliklərin tədqiqinin təşviqi və təbliği, ekoloji təmiz nəqliyyat vasitələrinin – hibrid və elektromobillərin təbliği və digər istiqamətlər üzrə təbliğat xarakterli işlər həyata keçiriləcək.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












