Ağır qəza: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 22:00 radələrində Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi “Kamaz” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus “VAZ-2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlı Məmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












