Ağır qəza törədən gəncin cəzası yüngülləşdirildi

Bakı Apelyasiya Məhkəməsində ağır yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən Gündüz Balakişiyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az teleqraf.com-a istinədən xəbər verir ki, ötən ilin mayın 11-də Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Gündüz Balakişiyevin idarə etdiyi “Mercedes” markalı və 1970-ci il təvəllüdlü Bəxtiyar Həbibovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə, “Mercedes” markalı avtomobilin sərnişini 1989-cu il təvəllüdlü Natiq Cəfərov Neyrocərrahiyə xəstəxanasına, Bəxtiyar Həbibov və sərnişinləri 1944-cü il təvəllüdlü Firəngiz Həbibova, 1961-ci il təvəllüdlü Təranə Həbibova 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Firəngiz Həbibova xəstəxanada ölüb. Digər şəxslərə tibbi yardım götərilməsi nəticəsində həyatlarını xilas etmək mümkün olub. Araşdırmalar zamanı müəyyən edilib ki, yol qəzasının törədilməsində Gündüz Balakişiyev günahkardır. Onun barəsində Cinayət Məcəlləsinin 263-cü (yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır, ağır zərər vurma və yaxud ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gündüz Balakişiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Gündüz Balakişiyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə qərar elan olunub. Qərara görə, Gündüz Balakişiyevin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 7 ilə endirilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












