Ağsu dolaylarında hərəkət çətinləşdi

Ölkənin şimal bölgəsində 2 gündür davam edən qarlı və şaxtalı hava magistral yollara öz təsirini göstərib. Şamaxı-Ağsu dolaylarına qarın düşməsi sürücülərə çətin anlar yaşadıb. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, axşam saatlarında Bakı-Şamaxı, Şamaxı-Ağsu yolu qar örtüyünə bürünüb. Ərazidə sürücülər çətinliklə üzləşiblər. Bəzi sürücülər səfərə ehtiyatsız çıxdıqları üçün yolda qalıblar. Dünən bütün gün ərzində yolda təmizlik işi aparılsa da, qarın davamlı yağması hərəkəti çətinləşdirib. Dolaylardakı duman bir müddət görüntü məsafəsinin minimuma enməsinə səbəb olub. Sürücülər mümkün qədər ehtiyatlı davranmaq və ara məsafəsini düzgün seçməklə baş verə biləcək hər hansı təhlükə ilə üzləşməməyə çalışıblar.
Hava şəraiti səbəbindən Şamaxı-Ağsu istqamətində hərəkət edən bir çox sürücü geri qayıtmağa məcbur olub. Hazırda yolda nəqliyyatın hərəkəti davam etsə də, çətinlik hələ də tam olaraq aradan qalxmayıb. Yola nabələd olan sürücülərin bu istiqamətdə hərəkət etməmələri, alternativ yollardan istifadə etmələri məsləhətdir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












