Ailənin tək oğlunu öz maşınında ürəyindən vurdular

Paytaxtda qətl törədilib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, paytaxtın Nərimanov rayonunda bıçaq yarası alan 32 yaşlı paytaxt sakini Əliyev Ramin Məzahir oğlu təcili olaraq 3 saylı Şəhər Xəstəxanına aparılıb. Həkimlər tərəfindən müayinə olan zaman onun yolda dünyasını dəyişdiyi məlum olub. Hadisədən xəbər tutan Nərimanov Rayon Polis İdarəsinin və prokuroluq əməkdaşları qanlı hadisənin təfərrüatlarına aydınlıq gətirməyə çalışıblar. Məlum olub ki, Ramin Əliyev şəxsi avtomobilində Ziya Bünyadov prospektində yaralı halda tapılıb. İlkin məlumata görə, mərhum ürək nahiyəsindən aldığı bir bıçaq zərbəsi nəticəsində dünyasını dəyişib. Xəstəxanada olan mərhum yaxınları bildirib ki, Ramin ailənin yeganə övladı olub. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi üçün rayon hüquq mühafizə orqanları əməkdaşları gücləndirilmiş rejimdə işlərə başlayıblar. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












