“Airbus” sonuncu nəhəng “A380” təyyarəsini istehsal edib

“Airbus” şirkəti sonuncu dəfə nəhəng “A380” laynerini istehsal edib və onu sifarişçiyə - “Emirates” aviaşirkətinə təhvil verməzdən əvvəl son hazırlıq işlərinin görülməsi üçün Tuluzadakı zavoddan Hamburqa göndərib.
İstehsalçı dünyanın ən böyük - iki tam göyərtəli sərnişin təyyarəsi üzrə yeni sifarişlərin olmaması səbəbindən proqramı 2019-cu ildə bağlamağa qərar verib.
“A380” ölçülərinə görə aviaşirkətlərə sərnişinləri üçün şəxsi kabinləri olan lüks birinci sinif salonlar quraşdırmağa imkan verirdi. Amma dörd mühərrikin olması səbəbindən nəhəng laynerlər səmərəliliyinə görə ikimühərrikli təyyarələrə uduzurdu.
Nəticədə son illərdə “A380” modeli üçün yeni sifariş olmayıb, aviaşirkət isə hələ koronavirus pandemiyası başlamadan bu tip təyyarələri “donanmasından” çıxarmağa başlayıb.
Hazırda “Emirates” dünyanın ən böyük “A380” istismarçısıdır. Aviaşirkət istehsal olunan bütün nəhəng laynerlərin yarısından bir qədər azını alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












