Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu

“Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat” təsdiq edilib. Təhsil Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bu təlimat xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) tədris prosesinin təşkilinə dair əlavə tələbləri tənzimləyir.
Təlimatda ali və orta ixtisas təhsili müəssisələrində əyani və qiyabi təhsilalma formalarında tədris prosesinin əyani (ənənəvi) və distant (məsafədən) təşkili məsələlərinə izahat verilib. Sənəddə tədrisin növbəli təşkilinə, əyani və distant dərslərin müddətinə, tələbələrin dərslərdə davamiyyəti məsələsinə və xüsusilə tədrisin distant formada təşkilinə dair məsələlərə aydınlıq gətirilib. Belə ki, təlimata əsasən tədrisin distant təşkili zamanı nəzəri fənlərin tədrisinə üstünlük verilməsi, bu məqsədlə uyğunlaşdırılmış tədris planlarının tətbiq edilməsi nəzərdə tutulur. Təlimatda tədris distant formada təşkil olunan zaman istifadə olunan proqram təminatına dair da tələblər müəyyənləşdirilib.
Qeyd edək ki, təlimata əsasən tədrisin distant təşkili zamanı cari və aralıq qiymətləndirmənin aparılması qaydası, eləcə də imtahan sessiyasının təşkili və dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən ediləcək.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












