Alimlər açıqladı: koronavirusdan sağalanlar daşıyıcı ola bilirmi?

Koronavirusa yoluxub sağalmış şəxslər azı beş ay müddətinə virusa qarşı immunitet əldə edirlər, lakin eyni zamanda xəstəliyin daşıyıcısı olaraq qala bilərlər.
Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) tərəfindən aparılan araşdırmanın nəticələri sübut edir.
“Tədqiqatla məşğul olan alimlər belə qənaətə gəliblər ki, xəstəlik nəticəsində təbii olaraq əldə edilmiş immunitet xəstələnməyənlərə nisbətən yoluxmadan 83 % daha çox qoruyur. İmmunitet xəstəlik anından etibarən azı beş ay davam edir”, - PHE-nin məlumatında deyilir.
Bu, o deməkdir ki, keçən ilin yazında baş vermiş ilk koronavirus dalğası zamanı xəstələnib sonradan sağalan insanlar artıq yenidən xəstələnmə riski altındadır.
“PHE xəbərdarlıq edir ki, antikorları olanlar COVID-19-a yoluxmadan özlərini müəyyən dərəcədə qorusa da, tədqiqatın sonrakı mərhələsindən əldə edilən ilk məlumatlar bu insanların bəzilərinin çox miqdarda virus saxladığını və digərlərinə ötürməyə davam edə biləcəyini göstərir”, - məlumatda yazılıb.
“Bu səbəbdən hər kəsin virusu başqalarına ötürməmək üçün koronavirusa yoluxub sağalsa belə, qaydalara riayət etməyə və evdə qalmağa davam etməsi vacibdir”, - PHE-dən söyləyiblər.
Tədqiqat iyun ayının əvvəlində başlayıb və bu əsnada 20 787 nəfər müayinə edilib. 6 614 iştirakçıda koronavirusa qarşı antikor aşkar edilib.
Emin
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












