Alimlər koronavirusun çoxalmasının qarşısını almağın yolunu tapıb

Molekulyar bioloqlar insan və siçan hüceyrələrində müxtəlif növ koronavirusların hissəcikləri ilə birləşə və onların çoxalmalarını ləngidə bilən mikro RNT molekulu kəşf ediblər.
Bu barədə “PeerJ” adlı elmi jurnalda dərc olunan məqalədə deyilir.
Alimlər miR-21-3p mikro RNT-nin inslarda qeydə alınmış koronavirusun bütün növlərinə birləşmək baxımından böyük potensiala sahib olduğunu aşkar ediblər. Virusun bu molekuldan aktiv immun reaksiyanı təxirə salmaq üçün yoluxmanın ilkin mərhələsində çoxalmanı yavaşlatmaq məqsədilə istifadə etdiyi ehtimal olunur.
İnsanların və bütün digər canlıların hüceyrələri çox sayda qısa RNT sapları yaradır. Onlar “RNK matrisi” - hüceyrələrin zülallar yaratmaq üçün şablon kimi istifadə etdikləri DNT-nin bu hissəsinin bir növ “işlək nüsxələri” ilə bağlanaraq bu və ya digər genin fəaliyyətini çevik şəkildə idarə edirlər.
Tədqiqatçılar bu cür mikro RNT molekullarının süni nüsxələrini təcrübələrdə fəal şəkildə istifadə edirlər, çünki onlardan xərçəng və digər xəstəliklərə qarşı mübarizə yollarından biri kimi istifadə edilə biləcəyini düşünürlər. Bundan əlavə, bu yaxınlarda Koreya alimləri koronavirus genomunun əsas hissələrinə bağlana bilən qısa RNT sapları dəsti yaradaraq koronavirusun çoxalmasının qarşısını ala biliblər.
Bioloqlar bu tip kəşf edilmiş molekulların SARS-CoV-2 və digər koronaviruslarla, o cümlədən soyuqdəymə və atipik pnevmoniya yaradan koronavirusla necə qarşılıqlı əlaqədə olacağını təhlil ediblər. Məlum olub ki, dörd mikro RNT ailəsi bilinən bütün insan koronaviruslarına bağlana bilər. Atipik pnevmoniyaya yoluxmuş siçanların orqanizmində onların qarşılıqlı təsir xarakterlərini öyrənən bioloqlar bu molekullardan birinin - miR-21-3p-nin konsentrasiyasının xəstə gəmiricilərin ağciyər hüceyrələrində normadan səkkiz dəfə çox olduğunu aşkar ediblər. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












