Almaniyada etiraz aksiyaları keçirilir, polis güc tətbiq edir

Almaniyada koronavirusla bağlı qoyulan məhdudiyyətlərə qarşı etiraz aksiyaları keçirilir.
Avropada koronavirus pandemiyasının üçüncü dalğası yaşanmaqdadır, bu ölkələr arasında ən çox yoluxma Almaniyadadır. Hökumət pandemiyanın qarşısını almaqda acizdir, cari ayın əvvəlindən yoluxma sayı artmağa başladığından hökümət sərt karantin rejimi haqda xəbərdarlıqlar edib. Yerli həkimlər yoluxma sayının 100 minə çatacağı təqdirdə, sərt qapanmaların qaçılmaz olacağını vurğulayırlar.
Hökümətin xəbərdalıqlarına baxmayaraq, yerli əhali sərt məhdudiyyətlərə qayıtmaq istəmir və məmurları koronavirusla mübarizə qaydalarını lazımi qaydada aparmamaqda ittiham edir. Vətəndaşlar bildirirlər ki, vaksinasiya dərmanları düzgün qaydada paylanılsaydı, virusa çoxdan qalib gəlmək olardı. Bu günə kimi Almaniyada əhalinin 9.5 faizi vaksin olunub, artan narazılıq səbəbindən ölkənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir.
Aksiyaların qarşısını almaq istəyən polis insanlara qarşı güc tətbiq edir, insanları zorla meydanlan çıxarır və həbs edirlər. Toqquşmalar zamanı isə hər iki tərəfdən xəsarət alanlar da var. Küçələrə çıxan isanlar məhdudiyyətlərin aradan qaldırılamyacağına qədər aksiyaları davam etdirəcəklərini bildirirlər. (Trend)
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










