Altı ay ərzində baş verən 577 qəzada 313 nəfər öldü; piyadalar yenə çoxdur – RƏSMİ

Bu ilin birinci yarısı üçün baş verən qəzaların statistikası açıqlanıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumatda bildirilib ki, cari ilin altı ayı ərzində ölkə ərazisində 577 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu da ötən illin müvafiq dövrü, yəni 2024-ci ilin 1-ci yarısı ilə müqayisədə 104 fakt azdır. Qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 nəfər azalaraq 313, xəsarət alanların sayı isə 99 nəfər azalaraq 499 nəfər təşkil edib.
İdarədən bildirilib ki, yenə də, baş verən yol nəqliyyat hadisələrinin nəticəsində ən çox narahatlıq doğuran məsələlərdən biri də piyadaların vurulmasıdır. Altı ay ərzində 243 piyada vurma hadisəsi qeydə alınıb ki, nəticədə 126 nəfər həlak olub, 131 nəfər isə xəsarət alıb. Bu da hadisələrin 42,1%-i, ölənlərin 40,2%-i, xəsarət alanların isə 26,2%-i deməkdir: “Bununla yanaşı, altı ay ərzində nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması, yolayrıcını keçmə qaydalarının pozulması kimi sürücülər tərəfindən yol verilən qayda pozuntularının sayı yenə də çoxdur və qeyd edilən halların sayı qənaətbəxş hesab olunmur.
Belə ki, nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi nəticəsində 221 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 147 nəfər həyatını itirib, 144 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Eyni zamanda, qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulmasına görə 249 fakt qeydə alınıb. Nəticədə, 124 nəfər həyatını itirib, 254 nəfər xəsarət alıb”.
Səfər
Bakıda taksi parkları satışa çıxarılır - Nə baş verir?
Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR
Mühərrik yağları bahalaşa bilər – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ
Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq var - SİYAHI
Sabah BTQ-nin açılışı olacaq - FOTOLAR
Şuşaya gedən ödənişli yol üçün məbləğlər müəyyənləşdi - FOTO
Motosikletçilər həmin yolda bu qədər ödəniş edəcək
Çin maşınlarında oturacaq dizaynı dəyişə bilər – RƏSMİ
Taksi parkları sürücüləri istismar edir – EKSPERT - VİDEO
Mühərrik yağlarının bahalaşması digər məhsullara da təsir edəcək – Ekspertdən XƏBƏRDARLIQ








