AMEA-nın 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.
Avtosfer.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.
Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.
Ər-arvadı yandıraraq öldürən şəxsin kimliyi məlum oldu - FOTOLAR
Bir görüş, bir əsrlik nəticə: Vaşinqtondan başlayan yeni yol
Azərbaycan üzərindən yeni yük marşrutu sülhə töhfə verə bilər? – AÇIQLAMA
İsti hava avtomobilə necə təsir edir? – Usta AÇIQLADI
İctimai nəqliyyatda subsidiya modeli tətbiq oluna bilər? – AÇIQLAMA
Kreml Paşinyan və Bayramovun səfərlərini niyə diqqətlə izləyir? – ŞƏRH
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“2040-cı ilədək Bakının nəqliyyat xəritəsi dəyişəcək” - EKSPERT - FOTO
Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət MƏHDUDLAŞDIRILACAQ
Bakı metrosunda böyük dəyişiklik: Xətlərin ayrılması hansı üstünlüklər yaradacaq?
İran–Oman razılaşması Orta Dəhlizə necə təsir edəcək? – AÇIQLAMA










