Amerika Azərbaycanlıları Şəbəkəsi Ermənistanın təxribatlarına etiraz olaraq məktub kampaniyasına başlayıb

ABŞ ictimaiyyətinin diqqətini təcavüzkar Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsinə cəlb etmək məqsədilə bu ölkədə fəaliyyət göstərən Amerika Azərbaycanlıları Şəbəkəsi (US Azeris Network) ABŞ-ın qanunvericilik orqanlarına məktublar ünvanlayıb.
Diasporla iş üzrə Dövlət Komitəsindən Trend-ə daxil olan məktubda bildirilir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində genişmiqyaslı müharibənin başlamasından sonra ABŞ-ın strateji müttəfiqi olan Azərbaycanda hərbi vəziyyət elan olunub.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşdirilmiş dəstələri Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca mövqelərini və cəbhə xəttinin ətrafındakı yaşayış məntəqələrini atəşə tutaraq Azərbaycana qarşı hücuma başlayıblar. Şiddətli atəş nəticəsində mülki şəxslərin öldürülüb ki, onların arasında bir ailənin beş üzvü və məktəbli şagirdlər də var.
Ermənistanın təcavüzünə əks həmlə ilə cavab verən Azərbaycan Silahlı Qüvvələri Füzuli və Cəbrayıl rayonlarında bir neçə kəndi işğaldan azad edib, Murovdağdakı strateji yüksəkliklərə nəzarəti bərpa edib. Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə əməl etməklə silahlı qüvvələrini işğal altında olan Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxartmalıdır. Havadarları tərəfindən silahla təchiz edilən Ermənistana diplomatik və siyasi dəstəyin verilməsi davam edir. ABŞ müttəfiqləri ilə birlikdə Cənubi Qafqazdakı imperiya layihələrinə qarşı durmalıdır – deyə məktubda qeyd edilir.
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ










