Amerika səfiri velosipedlə Bakı yollarında - FOTOLAR

“Təbiət Dostları” Gənclər İctimai Birliyinin “Yaşıl Velosipedlər” klubu ABŞ-ın Azərbaycandakı səfirliyi ilə birgə “Qlobal düşün, lokal fəaliyyət göstər” adlı veloyürüş təşkil edib. Avtosfer.az-ın «Amerikanın səsi»nə istinadən verdiyi məlumata görə, veloyürüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da daxil olmaqla 50-yə yaxın insan iştirak edib.
Bakının Dəniz Vağzalından start götürərək Fəhlə prospekti istiqamətində 13 kilometr məsafəni qət edən yürüşçülərin məqsədi ekoloji təmiz nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək, ekoloji maarifləndirmənin artırılması, cəmiyyəti ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır.
ABŞ-ın Azərbaycandakı səfiri deyib ki, bu tədbir Azərbaycan və Amerika xalqları arasında ümumi olan bir xüsusiyyəti göstərir. “Həm azərbayacnalılar, həm amerikalar təbitəin qoynuna qovuşmaq, təbiətdə istirahət etmək, eyni zamanda ətraf mühitin qorunması sahəsində səylərini birləşdirir”.
Səfir bir məqammı da hallandırıb. “Bizim dövlətlərimizi bir növ birləşdirən bir məqam məhz ondan ibarətdir ki, ABŞ-ın birinci xanımı Mişel Obama həqiqətən idmana çox böyük maraq göstərən bir şəxsdir. Hər bir zaman təkidlə deyir ki, insanlar hərəkət etməldir, insanlar idmanla məşğul olmalıdır. Buna bir növ paralel olaraq biz hamımız onun müşahidəçisi olduq ki, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva da məhz Avropa Oyunlarının həyata keçirilməsində həqiqətən müstəsna rol oynadı və idmanın inkişafı sahəsində öz töhfələrini verir”, - Robert Sekuta qeyd edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
















