Amerikalıların ictimai nəqliyyatda maska taxması məcburi olacaq

ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası mərkəzləri (CDC) ictimai nəqliyyatda tibbi maska taxılmasının məcburi olması barədə qərar qəbul edib.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, koronavirusun yayılmasının qarşısını almaq məqsədi daşıyan qərar bazar ertəsi günü gecə saatlarında qüvvəyə minəcək. Amerikalılar fevralın 1-də yerli vaxtla saat 23:59-dan etibarən ictimai nəqliyyatda, o cümlədən təyyarə və qatarlarda, avtobuslarda və metroda, taksi və gəmilərdə maska taxmalı olacaqlar. Bu məcburiyyət Birləşmiş Ştatlara gələn, həmçinin ölkədən çıxmaq üzrə olan sərnişinlərə də şamil edilir.
ABŞ COVID-19 virusundan ən çox əziyyət çəkən ölkədir. Cons Hopkins Universitetinin bu günə olan məlumatına görə, ABŞ-da 26 milyona yaxın yoluxma halı aşkarlanıb, 436,8 minə qədər insan həyatını itirib.
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












