Anar Rzayevin şirkəti yoxdur, qardaşı idarə edir: “Bölgü ədalətli aparılır” - FOTO

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevin "Van der Val İnterneşnəl Transport Bakı" şirkətinin sahibi olması barədə yayılan xəbərlərə tam aydınlıq gətirilib. Avtosfer.az şirkətin dövlət reyesterindən çıxarışını əldə edib. Sənəddən məlum olur ki, 1998-ci ildə Vergilər Nazirliyində qeydiyyata alınan şirkətin təsəsçisi Niderland Krallığının “Van Der Val Holdinq B.V” şirkətidir.
DANX rəisi Anar Rzayev Baku TV-də Üzbəüz verilişinə müsahibəsində bildirib ki, 1996-2013-cü illərdə "Van der Val Intl. Transport Bakı" şirkətinə rəhbərlik edib: "Ötən ilin avqust ayınadək akademik fəaliyyətlə məşğul olduğuma görə, sözügedən şirkətdən ayrıldım. Doğrudur, hazırda sözügedən şirkətə qardaşım İlqar Rzayev rəhbərlik edir. Bu doğrudur ki, qardaşım orda qalıb işləyir. Mənim şirkətlə əməliyyat, maliyyə və digər əlaqələrim yoxdur. Sadəcə qardaşım oranın rəhbəridir”.
O ki qaldı qaldı Anar Rzayevin icazə blankı bölgüsündə qardaşının rəhbərlik etdiyi şirkətə üstünlük verməsinə, DANX rəisi bildirib ki, bu barədə deyilənlər yalandır: “İstənilən daşıyıcı şirkətdən bunu soruşa bilərsiniz. Əvvəl həmin şirkətin 50-dən çox yük avtomobili var idi, uzaq daşımalarda iştirak edən qabaqcıl şirkətlərdən biri kimi çox işlər görmüşdük. Hazırda isə şirkətin balansından cəmi 15 yük avtomobili qalıb. İcazə blanklarının bölgüsü ədalətli şəkildə aparılır. Bunu daşıyıcılardan da soruşub dəqiqləşdirmək olar”.
Emin
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













