“Android”in yenilənməsi adı altında virus yayılır

Tədqiqatçılar "Android" mobil əməliyyat sisteminin istifadəçilərini hədəf alan mürəkkəb ziyanverici proqram aşkarlayıb.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.
Məlumata görə, ziyankar proqram təminatı müxtəlif məlumatları ələ keçirə, həmçinin audio yazı və zənglərin qeydə alınması vasitəsilə qurbanı izləyə bilir. "Android" casusu "Zimperium" şirkətinin mütəxəssisləri tərəfindən aşkar olunub.
Ekspertlər istifadəçilərin diqqətini zərərverici proqramın "System Update" (sistemin yenilənməsi üçün) tətbiqinin adı altında gizlənməsinə çəkir. Cihaza daxil olan bu proqram ƏS-i haqqında məlumatları, ismarıcları, media faylları toplayacaq, həmçinin quraşdırılmış mikrofon vasitəsilə audio yazacaq, hətta qurbanın şəklini də çəkəcək. Bundan əlavə, ziyanverici proqram WhatsApp yazışmalarını və brauzerin tarixçəsini də ələ keçirə bilər.
"Apardığımız tədqiqat göstərir ki, bu virus keyfiyyətli şəkildə təşkil olunan kiber-casus kampaniyasının bir hissəsidir. Əslində, ziyankar proqram məsafədən giriş imkanı ilə troyan (RAT) kimi fəaliyyət göstərir", - deyə Zimperium ekspertləri hesabatda yazır.
"Google" ilə yeni kiber təhlükəni müzakirə edən tədqiqatçılar belə qənaətə gəliblər ki, Google Play Store rəsmi tətbiqlər mağazasında ona heç vaxt rast gəlinməyib. Bu isə adi istifadəçilərin mürəkkəb virusa yoluxma şansını azaldır. Troyan komanda mərkəzi (C2) ilə Firebase ismarıc mübadilə servisi vasitəsilə əlaqə saxlayır. C2 zərərverici proqrama mikrofondan audio yazmağı və ya cihazda yığılan məlumatları göndərməyi "əmr edə" bilər.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ











