ANS rəhbərinin dostu müfəttişlə mübahisədə - VİDEO

Bakının mərkəzində - “Excelsior” otelinin qarşısında baykerlərlə Nəqliyyat Nazirliyinin müfəttişi arasında mübahisə baş verib. Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, mübahisəyə baykerlərin motosikletdəki səsgücləndiricilərdən istifadə etməsi və nazirlik müfəttişinin buna qıcıqlanması səbəb olub. Belə ki, nazirlik müfəttişi “Jiquli” markalı avtomobil sürücüsün&uuuuml; qanunsuz taksi fəaliyyəti ilə məşğul olarkən saxlayıb. Müfəttiş həmin avtomobilə əyləşərək sürücünü cərimələmək üçün aparıb. Yolda iki bayker bahalı motisikletlərlə gələrək “Jiquli”nin sağ və sol tərəfi ilə hərəkət etməyə başlayıblar. Bu zaman baykerlər səsgücləndiricilər vasitəsilə cürbəcür səslər çıxarıb. Avtomobildə olan nazirlik müfəttişi buna etiraz edəndən sonra mübahisə başlayıb.
Daha sonra mübahisə tərəfləri “söhbət” üçün “Excelsior” otelinin qarşısında – yol kənarında dayanıblar.
Mübahisədə hər bir tərəf özünün haqlı olduğunu sübuta yetirmək istəsə də, heç bir nəticə hasil olmayıb. Mübahisə zamanı baykerlərin müfəttişə qarşı əl-qol jestləri etdiyi də videodan görünür.
Hadisə yerinə DYP əməkdaşları da gəlib. Lakin baykerlər barəsində tədbir görülüb-görülmədiyi bilinmir.
Qeyd edək ki, baykerlərdən biri – Elmar Zahirov ANS Şirkətlər Qrupunda məsul vəzifədə çalışır və şirkətin prezidenti Vahid Mustafayevin yaxın dostudur. Onun sahib olduğu “Heritage Softail Deluxe” motosikletin qiyməti 17-19 min ABŞ dollarıdır.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












