Aparıcı TƏBİB-dən soruşur: "Ərəblərə açıq havada maskasız gəzmək olar?"

“Bir neçə il bundan əvvəl İslam Həmrəyliyi Oyunları zamanı “su estafeti” tədbiri ilə əlaqədər ölkə turuna çıxarkən Ağ Göl Milli Parkına da gəlmişdik. “Wikipediya” deyir ki, parkda ümumilikdə 500 mindən çox quş qışlayır, 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı “Azərbaycanın Qırmızı Kitabı”na salınıb”.
Avtosfer.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ərəb turistlərin qanunsuz ov etməsi məsələsinə reaksiya bildirib:
“Yadımdadır, xüsusi icazələrimizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik. Telefona çəkmək istəyəndə narazıçılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdü quşları narahat etməyək. Sözün düzü bunları çox anlayışlı qarşıladıq, hətta sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.
Sözümün canı nədir… Həmin adamlar, hardasız? Dinməz olmusunuz? Hara baxırsınız? Heç utanırsınız? Nə vaxta qədər biz sizin yerinizə utanacağıq? Nə qaldı ki, pula satmayasız? Abırınızı, əxlaqınızı, mənəviyyatınızı satdınız, atam doymadınız?
TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar “cərimə”lərini öncədən ödəyiblər? Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!”.
Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










