Aprelin 1-dən SMS icazə sistemi tətbiq edilir? - AÇIQLAMA

"Əgər epidemiya təhlükəsi artırsa, insanın sağlamlığından vacib heç nə ola bilməz. Bu istiqamətdə də atılan addımları normal qarşılamaq lazımdır".
Avtosfer.az xəbər verir ki, bu sözləri baku.ws-ə açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.
Onun sözlərinə görə, bütün hallarda hökumət evinə qapatdığı insanlara vəsait verə bilmirsə, bu qaydanı tətbiq etmək olmaz: "Ancaq maska və gigiyenik qaydaları sərt tələb etmək və dərhal cəzalandırmaqla məsələni müəyyən dərəcədə həll etmək mümkündür. Çünki tələbkarlıq artarsa, narahatedici proseslər ortadan qalxa bilər. Bu baxımdan qərar qəbul edərkən bütün hallarda bu məsələ üzərində düşünmək lazımdır.
Amma vəziyyət çox ciddiləşərsə, sms icazə sisteminin tətbiq olunmasına gedilə bilər. Lakin vəziyyət nə qədər sərt olursa-olsun, insanları evə qapatmaq onları yoxsulluğa qapatmaq deməkdir.
Fikrimcə, SMS icazə sisteminin tətbiqi uğursuz məsələlərdən biridir. Çünki buna nəzarət etmək olmur. Polis əməkdaşları da burada ağır vəziyyətə düşür. Əgər hamıya icazə verilirsə, polis əməkdaşlarının saatlarla yolda post qurub onları yoxlaması mənasızdır. Ancaq insanların temperaturu yoxlana bilər. Yəni müəyyən olmalıdır ki, vətəndaş xəstədir, ya sağlamdır. Xəstə olan insanın sənədini yoxlayıb şəhərə buraxmağının nə mənası var? Buna görə sms icazə sisteminin tətbiqinə yol vermək olmaz".
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










