“Arutyunyan Gəncəyə atəş əmri verdiyini feysbukda elan edib”
Gündəm
5 Oktyabr 2020 13:03

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktları nəticəsində həlak olan 24 nəfərdən 5-i qadın, 3-ü uşaqdır, xəsarət alanlardan 30-u qadın, 7-si uşaqdır”. Avtosfer.az-ın verdiyi xəbərə görə, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib. O deyib ki, özünü Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında canlı yayımı zamanı Gəncəyə raket atəşi əmrini verdiyini elan edib: “Bununla bağlı Araik Aratyunyan haqqında Azərbaycan Baş Prokurorluğunda müxtəlif maddələrlə cinayət işi başlanılıb. Mingəçevir şəhəri raket atəşinə tutulub, atılan 3 raketdən ikisi partlamayıb, birinin yaşayış evinə düşməsi nəticəsində 5 nəfər xəsarət alıb. Bu faktla bağlı cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib”.
Oxunub : 802
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:31
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
ŞƏRH YAZ












