Arvadını öldürən, qonşusunu yaralayan kişi TUTULDU

Yevlax Rayon Polis Şöbəsinə fevralın 9-da saat 6 radələrində Hacıselli kəndində yaşayan əvvəllər məhkum olunmuş M.Qarayevin evində münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə arvadı Elnarəni qətlə yetirməsi, qonşusu İ.Qarayevə isə xəsarət yetirərək hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokrorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
İ.Qarayev xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən M.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə cinayət işi başlanıb.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











