Arxadan vurulan zərbə; «Pajero» «Mersedes»i bu hala saldı – VİDEO

Azərbaycanda yol qəzalarının əksəriyyəti yol hərəkəti qaydaların kobud şəkildə pozulması nəticəsində qeydə alınır. Əsasən də sürət həddinin aşılması yollarımızda böyük problemlər, faciələr yaşadır. Avtosfer.az-ın təqdimatında Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan bu yol qəzalarında da bunun bir daha şahidi oluruq. Sürət və sürücü səhlənkarlığı ağır yol qəzalarına səbəb olur. Birinci yol qəzası Zərifə Əliyeva küçəsində qeydə alınıb. Svetaforun qırmızı işığında dayanın «Mersedes» markalı minik maşını qəfil zərbəyə tuş gəlir. Arxadan sürətlə «Mersedes»ə çırpılan «Mitsubishi-Pajero» markalı avtomolin zərbəsi o qədər güclü olur ki, vurduğu maşın bir neçə metr irəli atılır. Ağır qəzada özünü itirən və yüngül xəsarət alan sərnişinlərdən biri maşından yerə düşən kimi müvazinətini itirib yıxılır.
Əlbəttə, burada yalnız onu demək olar ki, «Rajero»nun sürücüsü hansı sürətlə hərəkət edirdisə, elə o sürətlə də qarşıdakı maşını vurdu. O, hətta svetaforun qırmızı işığının yanmasına da əhəmiyyət vermir.
Digər yol qəzası da Bakının mərkəzi küçələrindən birində baş verib. Yol kənarında dayanan avtomobili arxadan sürətlə hərəkət edən digər nəqliyyat vasitəsi vurur. Maşınlara ziyan dəysə də, xəsarət alan olmur.
Videonu ona görə təqdim edirik ki, baxıb nəticə çıxaraq. Gözlənilməyən yerdə və gözlənilməz şəraitdə də qəza baş verə bilər.
Elməddin
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












