Aşağı səviyyəli təhsil gələcəkdə demensiyaya yol aça bilər

Demensiyanın inkişafına yol açan əsas amillər eşitmə qabiliyyətinin pozuntusu, siqaret çəkmə, aşağı səviyyəli təhsil, piylənmə, diabet və az hərəkətlilikdir. Bu qənaətə britaniyalı alimlər gəliblər.
Məlumata görə, demensiyaya səbəb olan digər amillərdən biri də psixi xəstəlik və sosiallaşma çatışmazlığı ola bilər. Bundan başqa, həddindən artıq alkoqol qəbulu, çirkli hava və kəllə-beyin travmaları da intellekt pozuntusuna yol aça bilər.
Mütəxəssislər demensiyadan qaçmaq üçün diqqətlə təzyiqə nəzarət etməyi, artıq çəkidən qurtulmağı, passiv siqaret çəkməyi belə atmağı və fiziki məşğələ ilə məşğul olmağı tövsiyə edirlər. Bundan əlavə, alimlərin sözlərinə görə, eşitmə qabiliyyətinin pozuntusu aşkarlandığı halda xüsusi aparatlardan istifadə olunmalıdır. Beləliklə, xəstəlik riskini 40% azaltmaq mümkündür.
Alimlər həmçinin koronavirusun demensiya xəstələri üçün təhlükəli olduğunu vurğulayıblar. Onların fikrincə, həmin xəstələr koronavirusla mübarizədə profilaktik tədbirlərin vacibliyini qavraya bilmirlər.
Qeyd edək ki, daha öncə alimlər diabetin koronavirusdan ölüm riskini 12 dəfə artırdığını bildirmişdilər. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












