Astarada torpaq sürüşməsi şəhid ailəsinin evini təhlükəli vəziyyətə salıb - FOTO

Son zamanlar yağıntıların çox olması Astaranın bəzi kəndlərində aşınma prosesini sürətləndirib. Gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində Siyəkü kənd sakini Gülxarə Babayevaya məxsus yaşayış evi təhlükə ilə üz-üzə qalıb. Torpaq qatı evin divarlarına kimi yaxınlaşıb.
Torpaq sürüşməsinin yaratdığı digər problem isə qrunt sularının evə dolmasıdır. G. Babayevanın fərdi təsərrüfatında olan sitrus bağına da ziyan dəyib, 20-yə yaxın ağac torpaq altında qalıb, bəziləri isə qırılaraq aşıb.
Siyəkü kəndinin bələdiyyə sədri Ramin Dədəyev bildirib ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib və tez bir zamanda problemin aradan qalxması üçün köməklik göstəriləcək.
Qeyd edək ki, sürüşmənin təhlükəli vəziyyətə saldığı ev şəhid ailəsinə məxsusdur. Gülxarə Babayeva şəhid Məhəmməd Babazadənin anasıdır. Kiçik çavuş Məhəmməd Babazadə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. (APA)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















