Ata və ana öz körpələrini avtomobilə dəyişmək istədi

Astanada ata və ana öz körpələrini avtomobilə dəyişmək istəyib. Bu barədə Astana Daxili İşlər Departamentinin mətbuat xidmətindən bildirilib. “Departamentin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşlarına öz yeni doğulmuş körpələrini "Toyota Camry" markalı avtomobilə dəyişməyə cəhd edən cütlük barədə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxslərin kimliyi müəyyən edilib. Onlar 25 yaşlı qadın və 29 yaşlı kişidir”, məlumatda deyilir. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az rosbalta istinadən xəbər verir ki, qadın işsizdir, onun həyat yoldaşı isə şəhərdəki müəssisələrdən birində işləyir. İş üzrə materiallardan məlum olub ki, yanvarın 27-də onların 3.8 kiloqram çəkiyə malik oğlu dünyaya gəlib. Yanvarın 29-da avtomobilə etiabarnamənin və əvəzinə uşağın verilməsinin notarial qaydada rəsmiləşdirilməsindən sonra cütlük həbs olunub. Hazırda uşaq xəstəxanaya yerləşdirilib. Həbs olunan cütlük müvəqqəti saxlama təcridxanasındadır. Fakt üzrə “Yeniyetmələrlə alver” maddəsi üzrə cinayət işi açılıb.
Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO










