Autist oğlunu xaltada gəzdirən qadını daşa basdılar - VİDEO

Oğlunu xaltada gəzdirən qadın barədə sosial şəbəkələrdə yayılmış video böyük səs-küyə səbəb olub.
Avtosfer.az xəbər verir ki, NTV-nin məlumatına görə, kadrlar Rusiyanın Kurqan şəhərində qeydə alınıb.
Kadrlar yayıldıqdan sonra şəhər sakinləri qadını incitməyə başlayıblar: ünvanına təhqiramiz ifadələr işlədirlər, küçədə saxlayırlar və hətta daşa basırlar.
Bütün bunlar qadının izahına rəğmən baş verir. Ananın sözlərinə görə, oğlu autizmin ağır formasından əziyyət çəkir; o, heç vaxt danışmayıb və danışmayacaq. Küçədə gəzərkən isə uşaq hər gölməçəyə əlini salır və sonra yalamağa başlayır. Buna görə, “təhlükəsizlik xaltası” ona lazımdır, bu, autizmdən əziyyət çəkən oğlunu gəzdirmək üçün yeganə üsuldur.
“Video yayılandan sonra paylaşımlar sürətlə yayıldı. Ən çox üç söz işlədilirdi: xalta, gəzdirir, zəncir. Biz küçədə gəzərkən mənə daş atdılar. Xoşbəxtlikdən oğlumdan yan keçib mənim ayağıma dəydi”, - deyə qadın bildirib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












