Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası təsdiq edilib

Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası təsdiq edilib.
Avtosfer.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Mülki aviasiyanın fəaliyyəti ilə bağlı ətraf mühitin mühafizəsi sahəsində ümumi koordinasiya işini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
Aviasiyanın ətraf mühitə təsirlərini azaltmaq üçün aşağıdakıların yerinə yetirilməsi vacibdir:
- zərərli qazların atmosferə atılmasının azaldılması;
- hava gəmilərinin qalxması, enməsi və uçuşu zamanı səs-küy çirklənməsi səviyyələrinin azaldılması;
- istifadə olunan yanacağın effektivliyinin artırılması;
- alternativ enerji mənbələrindən istifadənin təşviqi;
- hava hərəkətinin idarə olunmasının və hava limanı əməliyyatlarının səmərəliliyinin artırılması;
- texnoloji yeniliklərin tətbiqi.
Bu Qaydanın tələblərinə əməl olunmasına ümumi nəzarəti Agentlik, ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində isə nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Bu Qaydanın müddəaları fövqəladə hallar və ya humanitar yardım məqsədləri üçün nəzərdə tutulan uçuş əməliyyatlarına tətbiq edilmir. Agentlik hava limanının (aeroportun), aerodromun və hava gəmisinin istismarçıları tərəfindən bu Qaydanın tələblərinə əməl olunmasının effektivliyinin artırılması üçün təlimatlar hazırlayır.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO











