Avropa Oyunları zamanı Bakının mərkəzi nə qədər "yüklənib"?

Bakıda Avropa Oyunları ərəfəsi və oyunlar dövründə prospekt və küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin sayı məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı apa-ya bildirib ki, Avropa Oyunları başlamazdan əvvəl, oyunlar vaxtı və oyunlar bitdikdən sonra paytaxt ərazisində iş günlərində prospekt və küçələrdə hərəkət edən nəqliyyat vasitələrinin orta sayının statistikası çıxarılıb.
Statistikaya əsasən, Avropa Oyunları başlamazdan əvvəl gündəlik olaraq, 28 may küçəsində 24824, Rəşid Behbudov küçəsində 51951, Üzeyir Hacıbəyli küçəsində 42214, Zərifə Əliyeva küçəsində 42214 , Abbasqulu Ağa Bakıxanov küçəsində 39278 və Azərbaycan prospektində 26981 nəqliyyat vasitəsi hərəkət edib.
Statistikaya əsasən, Avropa Oyunları vaxtı bir gündə 28 may küçəsində 22434, Rəşid Behbudov küçəsində 35078, Üzeyir Hacıbəyli küçəsində 43310, Zərifə Əliyeva küçəsində 43330, Abbasqulu Ağa Bakıxanov küçəsində 36314 və Azərbaycan prospektində 24867 nəqliyyat vasitəsi qeydə alınıb.
Avropa Oyunlarından sonrakı günlərdə isə 28 may küçəsində 23473, Rəşid Behbudov küçəsində 34934, Üzeyir Hacıbəyli küçəsində 44779, Zərifə Əliyeva küçəsində 44561, Abbasqulu Ağa Bakıxanov küçəsində 35948 və Azərbaycan prospektində 25788 nəqliyyat vasitəsi müşahidə olunub.
Ş.Mehmanqızı həmçinin qeyd edib ki, paytaxtın əksər küçə və prospektində pik və qeyri-pik saatlarında avtomobil sıxlığı müşahidə olunmur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












