Avropa yenidən sərhədlərini bağlaya bilər

Koronavirus pandemiyasının yayılmasından sonra Avropada vəziyyətin ağırlaşması ilə əlaqədar sərhədlərin bağlanması məsələsinin yenidən müzakirə edilməsi istisna olunmur. Bu barədə Litva Prezidenti Qitanas Nauseda açıqlama verib. Dövlət başçısı sərhədlərin yenidən bağlanmasına dair qərarları Avropa İttifaqına (Aİ) üzv ölkələrin birlikdə qəbul etməli olduğunu vurğulayıb: “Növbəti mərhələ sərhədlərə nəzarətlə bağlı məsələ olmalıdır və bu, ümumavropa səviyyəsində həllini tapmalıdır. Biz Aİ-nin bir çox ölkələrində daxili karantin rejiminin sərtləşdirilməsinin şahidi oluruq və böyük ehtimalla sərhədlərin bağlanması məsələsini yenidən müzakirə etməli olacağıq”.
Prezidentin sözlərinə görə, fransalı turistlərin ikihəftəlik özünütəcrid rejimində qalmaları şərtilə Litvaya girişinə əvvəlki qaydada icazə verildiyi halda, Maltadan gələnlərin ölkəyə girişi qadağandır. Hazırda Polşa, Niderland, Böyük Britaniya, Sloveniya, Lixtenşteyn, Danimarka, İslandiya, Almaniya, İrlandiya, Kipr, Slovakiya, İtaliya, Yunanıstan, Norveç, Latviya, Estoniya, Finlandiya və Macarıstan vətəndaşlarının Litvaya gəlişinə heç bir məhdudiyyət tətbiq olunmur. Digər əcnəbilərin isə hökumətin nəzərdə tutduğu bir sıra istisnalardan asılı olmayaraq ölkəyə girişinə icazə verilmir. (Modern.az)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












